Avtokran İcarəsi - XCMG QY95KH Ağır Tonnajlı Yüklər Üçün Avtokran ( 95 ton )
XCMG QY95KH avtokranı ağır tonnajlı qaldırma işləri üçün nəzərdə tutulmuş müasir və etibarlı 95 tonluq texnikadır. Bu avtokran yüksək qaldırma gücü, uzun teleskopik qolu və stabil dayaq sistemi sayəsində iri tikinti və sənaye layihələrində geniş istifadə olunan avtokran modellərindən biridir.
XCMG QY95KH Avtokranının Texniki Göstəriciləri:
Avtokranın maksimum qaldırma qabiliyyəti: 95 ton.
Avtokranın əsas teleskopik boom (qol) uzunluğu: ~52 metr. Bu hissə avtokranın iç-içə keçərək uzanan əsas gövdəsidir.
Jib ilə avtokranın maksimal iş hündürlüyü: ~84 metr. Jib (qaz boynu) — avtokranın əsas qolunun ucuna bərkidilən əlavə hissədir ki, bu da avtokranın daha yüksək və əlçatmaz nöqtələrə yük çatdırmasını təmin edir.
Avtokranın şassisi: Çoxoxlu və yüksək manevr qabiliyyətli təkər bazası.
Avtokranın dayaq sistemi: Tam hidravlik sistem. Bu sistem avtokranın iş zamanı yerə möhkəm oturmasını təmin edir.
Avtokran idarəetməsi: Avtokranın dəqiq və təhlükəsiz hərəkəti üçün müasir hidravlik sistem.
Avtokran təhlükəsizliyi: Avtokranın devrilməsinin qarşısını alan yüklənməyə nəzarət və balans sistemləri.
Bu Avtokran Hansı Sahələrdə İstifadə Olunur?
Sənaye müəssisələrində və zavodlarda ağır avtokran montaj işləri.
Körpü, yol və iri tikinti layihələrində avtokran xidmətləri.
Ağır metal konstruksiyaların avtokranla qaldırılması.
Enerji, neft-qaz sektorunda ağır avadanlıqların avtokran vasitəsilə quraşdırılması.
Yüksək hündürlük tələb edən sahələrdə avtokran tətbiqi.
Avtokranın İcarə Qiyməti
Avtokranın icarə qiyməti icarəçinin tələblərindən asılı olaraq dəyişə bilər. İşin görüləcəyi günlər, avtokranın istifadə olunacağı ərazi və görüləcək işin həcminə görə qiymətdə fərqlər mümkündür. Dəqiq qiymət avtokran üçün iş detalları dəqiqləşdirildikdən sonra müəyyən olunur.
Aylıq: 20000 + 18% AZN
Avtokranın Baxış Ünvanı və Əlaqə
Avtokranı yerində görmək və avtokranın texniki imkanları ilə tanış olmaq üçün aşağıdakı ünvanla əlaqə saxlaya bilərsiniz:
Ünvan: Binəqədi rayonu, Əhməd Rəcəbli 276 (Dərnəgül Tikinti Materialları Bazarına və Elit Ticarət Mərkəzinə yaxın).
Əlaqə telefonu: 📞 +99450 263-22-59