XİDMƏTLƏR

“LLS MMC” – “Azmade Group” MMC-nin törəmə şirkəti olaraq, Azərbaycanda inşaat texnikası icarəsi, yükqaldırma-boşaltma xidməti, anbar kirayəsi və istehsalat sahələrinin icarəsi üzrə peşəkar həllər təqdim edir. Müasir texnika parkımız və təcrübəli komandamızla layihələrinizi təhlükəsiz, sürətli və səmərəli həyata keçirməyiniz üçün yanınızdayıq.

Yükqaldırma və Boşaltma Xidməti

Müxtəlif tutumlu və texniki göstəricilərə malik yükqaldırma texnikası ilə yüklərin tikinti meydançalarında, sənaye sahələrində və logistika mərkəzlərində təhlükəsiz və operativ hərəkətini təmin edirik.

Daşıma Xidmətləri

İnşaat materialları və sənaye yüklərinin qısa və uzun məsafələrdə daşınması üçün etibarlı logistika həlləri təqdim edirik. Çevik planlama sayəsində işləriniz vaxtında və problemsiz icra olunur.

İstehsalat Sahələrinin İcarəsi

Hazır infrastruktura malik, istehsalat və montaj işləri üçün uyğunlaşdırılmış sahələri qısa və uzunmüddətli icarəyə təqdim edirik.

Anbar (Saxlanc) Xidmətləri

Müasir standartlara uyğun anbar kirayəsi imkanlarımızla mallarınızı təhlükəsiz şəraitdə saxlamağı təmin edirik. Müxtəlif həcm və növdə yüklər üçün açıq-qapalı saxlama sahələrimiz mövcuddur.



Qülləli Kranlar

Bu tip kranlar xüsusilə yüksək tikintilər və geniş sahələrdə istifadə olunur. Qülləli kranlar yüksək yük qaldırma qabiliyyətinə malikdir və layihələrinizin vaxtında və yüksək keyfiyyətlə tamamlanmasına kömək edir.

yükqaldırma avadanlıqları

Liebherr 542HC-L18/36

təmir-tikinti texnikası

HKTC 290HC-E

texnika kirayəsi

Potain MC475

texnika kirayəsi

LİEBHERR 280HC-L 12/24

texnika kirayəsi

TEREX CTT 181/B-8

texnika kirayəsi

COMANSA 11LC 150


Avtokranlar

Şirkətimiz, müxtəlif tonnajlarda avtokranlar ilə xidmət göstərir. Bu avadanlıqların sürətli və effektiv işləmə xüsusiyyəti, layihələrinizin uğurlu yerinə yetirilməsi üçün əvəzolunmazdır.

anbar xidməti

XCMG QY95KH

anbar xidməti

XCMG QY25K5D





Teleskopik Yükləyicilər

Bu yükləyicilər, dar məkanlarda və çətin əlçatmaz sahələrdə işlərin daha rahat görülməsinə imkan verir. Teleskopik yükləyicilər, həmçinin müxtəlif yüksəkliklərdə və məsafələrdə işlər görmək üçün idealdır.

LLS texnikaları

Liebherr 542HC-L18/36

inşaat avadanlıqlarının icarəsi

FORD Cargo 1838

inşaat texnikası servisi

Mercedes Benz 1835

İnşaat Sahəsi Üzrə Kompleks Xidmətlər

Şirkətimiz yalnız texnika təmin etməklə kifayətlənmir, həmçinin müxtəlif növ inşaat xidmətləri təklif edərək layihələrinizin daha səmərəli və qənaətli şəkildə tamamlanmasına kömək edir.

Bizim xidmətlərimizə aşağıdakılar daxildir:


Saxlanc və Anbar Xidmətləri

Biz həmçinin müştərilərimizə müasir standartlara cavab verən anbar və saxlanc sahələri təklif edirik. Bu xidmətimizə daxil olan imkanlar aşağıdakılardır:

  • İri Həcmli Anbarlar: İstehsalat və ya ticarı ehtiyaclar üçün nəzərdə tutulmuş geniş anbar sahələri.
  • Kiçik Həcmli Saxlanc Yerləri: Daha kiçik, lakin funksional və təhlükəsiz saxlanc sahələri ilə müştərilərimizin ehtiyaclarına uyğun xidmət göstəririk.

Bu anbarlar müasir infrastrukturla təchiz olunmuş, yüksək təhlükəsizlik tələblərinə cavab verən və müştərilərimizin məhsullarını ən yüksək standartlarda saxlamağa imkan verir. LLS MMC, müştərilərinə həmişə təhlükəsiz və əlverişli saxlama şəraiti təqdim edir.

  • Ərazi tam müşahidə kameraları ilə təchiz olunub
  • 7/24 mühafizə olunur
  • Əlverişli lokasiyada yerləşir

teleskopik yükləyici
avtokran, qülləli kran
yükqaldırıcı texnika